AZ

İsrail hakerləri "Hizbullah"ın radiolarını "sındırdı": İran səfiri yaralandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail hərbçiləri Livanın "Hizbullah" hərəkatının üzvlərinin istifadə etdiyi portativ radioları haker hücumu ilə "sındırmağa" və onları partlatmağa nail olublar. Nəticədə mindən çox şəxs yaralanıb. Yaralananların arasında İranın Livandakı səfiri Müctəba Əmani də var.
Oxu.Az-ın "Al Jazeera" telekanalına istinadla məlumatına görə, bu barədə Livan təhlükəsizlik xidmətindəki mənbə xəbər verib.
Bildirilib ki, "Hizbullah"ın qərargah ofislərinin yerləşdiyi Beyrutun cənub ətrafında portativ radioların partlaması nəticəsində onlarla yaralı xəstəxanalara çatdırılıb.
Bu arada, İsraildə ehtiyatında olan hərbçilərə mesaj daxil olub. Orada deyilir ki, bütün hərbi personal hərbi kontingentin sonrakı yerləşdirilməsi üçün dərhal bazalara hesabat verməlidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
oxu.az

10Mənbələr