AZ

"Formula 2" üzrə Azərbaycan "Qran-pri"sində qəza olub

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan "Qran-pri"sinə start verilib.

Yeniazerbaycan.com xəbər verir ki, yarışın ilk günündə "Formula 2" pilotu qəza törədib.

"Formula 2" komandalarının sərbəst yürüşü zamanı "MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.

Qeyd edək ki, yarışın ilk günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
yeniazerbaycan.com

5Mənbələr