AZ

Hindistan 45 vətəndaşının Rusiya ordusundan tərxis edilməsinə nail olub

Hindistan Xarici İşlər Nazirliyi bu günə qədər ölkənin 45 vətəndaşının Rusiya ordusunun sıralarından tərxis edildiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, 2024-cü ilin iyulunda Moskva və Yeni Delhi Hindistan vətəndaşlarının xüsusi hərbi əməliyyat zonasından geri qaytarılması ilə bağlı razılıq əldə ediblər. Bu, respublikanın baş naziri Narendra Modinin Rusiya paytaxtına səfəri zamanı baş verib. O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Qeyd olunur ki, hazırda daha 50 Hindistan vətəndaşının tərxis olunması ilə bağlı rəsmi qərar veriləcəyi gözlənilir. Eyni zamanda, ölkənin xarici siyasət idarəsi Ukrayna müharibəsində iştirak edən insanların evlərinə qaytarılması üçün tədbirlər görməyə davam edəcəyinə söz verib.

Sentyabrın 10-da Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar Rusiyanın Ukraynadakı böhranın həlli üçün danışıqlarda iştirakının vacibliyini açıqlayıb. O, Moskva ilə Kiyev arasındakı fikir ayrılıqlarını hərbi əməliyyatlarla həll etməyin mümkün olmadığına əminliyini ifadə edib. Diplomatın dediyi kimi, son nəticədə münaqişə tərəfləri arasında danışıqlar başlamalıdır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
musavat.com

2Mənbələr