AZ

Lamin Yamal “Qızıl top”u qazanmaq imkanlarını qiymətləndirdi

“Barselona”nın yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamal “Qızıl top” uğrunda mübarizədə qalibiyyət imkanlarını qiymətləndirib.

Arena.az “El Hormiguero” dərgisinə istinadən, 17 yaşlı yeniyetmə futbolçunun bu barədə fikrini təqdim edir:

“Qızıl top”? Bu il qalib olmaq imkanına malik olduğunu düşünmürəm”, deyə Yamal bildirib.

Xatırladaq ki, “Qızıl top” mükafatına namizəd təqdim edimiş 17 yaşlı yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamal mükafatın tarixi ərzində qənimətə ən gənc iddiaçı olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
arena.az

7Mənbələr