AZ

Bakı metrosunun iş rejimi dəyişdirildi

“Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metropoliteninin iş rejimi iki saat uzadılacaq.

Şənbə və bazar günlərinə keçən gecələr metropolitenin bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
6
idmanxeber.az

10Mənbələr