AZ

Polşalı jurnalist: Azərbaycan Qran-Prisini işıqlandırmaq üçün ideal şərait yaradılıb

Polşalı

Bakı, 13 sentyabr, AZƏRTAC

"Bakı trekində yarışanları izləmək zövq verir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Viaplay yayım şirkətinin polşalı jurnalisti Bartoş Budnik bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.

O, təşkilatçılıqdan razı qaldığını bildirib: "Möhtəşəm binada jurnalistlər üçün ideal şəraiti ola Media Mərkəzi qurulub. Burada həm TV, həm də yazılı medianın işində operativliyin təmin olunması üçün televiziyalar quraşdırılıb".

Polşalı müxbir ilk dəfədir Bakıda olduğunu qeyd edib: "Şəhərin əla mənzərəsi var. Bu gün paytaxtınızı gəzmək fürsətim oldu. Mən inkişaf etmiş müasir şəhəri kəşf etdim".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
azertag.az

1Mənbələr