AZ

Kürdəmirdə üzgüçülər yarışdı

Kürdəmir rayon Olimpiya İdman Kompleksində rayon turnuri keçirilib.

Futbolinfo.az xəbər verir ki, Kürdəmir rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə reallaşan üzgüçülük yarışı 15 sentyabr – Bilik Gününə həsr olunub.

Yarışda ümumilikdə 40-dək idmançı qalib adı uğrunda mübarizə aparıb. Üzgüçülüyün sərbəst növü üzrə baş tutan yarışda fərqlənən idmançılar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplomlarla təltif ediliblər.

BƏHRUZ MUSAYEV, KÜRDƏMİR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
futbolinfo.az

1Mənbələr