AZ

Lukaşenkodan Paşinyana son mesaj: “Təhlükəli oyunları bilirik”

Məlum olduğu ki, Belarus və Ermənistanın münasibətləri iyunun ortalarından etibarən pisləşib. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirib ki, buna səbəb rəsmi İrəvanın Qərbə və Avropa İttifaqına meyl etməsi olub və buna baxmayaraq, şəxsən özü ikitərəfli əlaqələrin davam etdirilməsində maraqlıdır.

Bəs iki dövlət arasında münasibətlər niyə pozulub? Belarusun Ermənistanla olan əvvəlki münasibəti qaytarmaqda marağı nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, iki dövlət arasındakı münasibətlərin pozulmasının ən böyük səbəblərindən biri Ermənistanın KTMT-dan uzaqlaşmasıdır.

“Belarus rəhbəri Aleksandr Lukaşenko artıq neçənci dəfədir ki, Ermənistandakı hakimiyyəti çox sərt və kəskin formada tənqid edir. Bunun ən böyük səbəblərindən biri, bu gün Ermənistanın KTMT-dan uzaqlaşması və bəzi məsələlərdə Rusiyaya qarşı sərt bəyanatlar verə bilməyib Belarusu tənqid etməsidir. Bütün bunlar Ermənistan-Belarus münasibətlərinin pozulmasına səbəbdir”, – deyə T. İsmayılov bildirib.

Şərhçi vurğulayıb ki, bundan əvvəlki açıqlamalarda Belarus tez-tez A.Lukaşenkonun vasitəsi ilə Ermənistanın Avropa İttifaqı (Aİ) ilə bağlı tutduğu mövqeyini və bütövlükdə Qərbə inteqrasiya  məsələsini sərt formada tənqid edib. Bu baxımdan Ermənistan hakimiyyəti, Ermənistanın tutduğu xarici siyasət kursu bu gün Belarus üçün qəbuledilməz həddə çatıb və bu gün münasibətlərdə çox böyük çatlar əmələ gəlib.

Onun sözlərinə görə, Lukaşenkonun sonuncu açıqlaması Belarusun Ermənistanla olan əvvəlki münasibəti qaytarmaq istəyini əks etdirmir.

“Əslində, Belarus rəhbərliyi Qərbin Ermənistan üzərindən təhlükəli oyunlar oynadığının  yaxşı bilir. Lukaşenko tərəfindən Ermənistana qarşı  səslənən son mesajlar birbaşa Niko Paşinyan və onun komandasına olan tənqidlərin növbəti ifadəsidir. A.Lukaşenkonun Ermənistanla bağlı söylədiyi tənqidi fikirlərin kökündə Belarusun onunla münasibətləri bərpa etmək istəməsi və ya növbəti əməkdaşlıq marağına xidmət etmir”, – deyə T. İsmayılov fikrini yekunlaşdırıb.

Lamiyə 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
medianews.az

1Mənbələr