AZ

Vyetnamı vuran qasırğa nəticəsində ölənlərin sayı 233-ə çatdı

Vyetnamı vuran "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 233-ə yüksəlib.

Bakupost.az xəbər verir ki, Vyetnam Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi Yagi tayfununun fəsadları ilə bağlı açıqlama yayıb.

Açıqlamada tayfunun törətdiyi fəlakətlər və qəzalar nəticəsində həyatını itirənlərin sayının 233-ə yüksəldiyi, 103 nəfərin hələ də itkin düşdüyü, 823 nəfərin yaralandığı bildirilib.

Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatlarının aparılması üçün minlərlə hərbçi təyin edib və ölkənin şimalındakı sahilyanı şəhərlərdən 50 mindən çox insan təxliyə edilib.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
bakupost.az

3Mənbələr