AZ

Kürdəmirdə gigiyena qaydalarının təmin olunmasıyla bağlı tədbirlər görülür - FOTO

Kürdəmir rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Xırdapay kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, qayda pozuntusuna yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
avtosfer.az

8Mənbələr