AZ

"Mançester Yunayted"in baş məşqçisindən Kriştiano Ronaldoya cavab

Bakı, TurkicWorld

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq tənqidlərə cavab verib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, o, komandanın düzgün yolda olduğunu bildirib.

Niderlandlı mütəxəssis mövsümün sonunu gözləməyi işarə verib: "Hər oyunda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyuruq. May ayında harada olacağımızı görəcəyik. Bizim hansı mərhələdə olduğumuzu və haraya getdiyimizi yaxşı bilirəm".

Ten Haq Kriştiano Ronaldonun "Mançester Yunayted" çempion ola bilməyəcək" fikrinə də münasibət bildirib. O, futbolçunun Mançesterdən uzaqda olduğunu və fikrinə hörmət bəslədiyini deyib.

Qeyd edəək ki, "Mançester Yunayted" Premyer Liqada keçirdiyi 3 oyunun 2-də uduzub, 1-də qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
turkic.world

3Mənbələr