AZ

İsveçrəli modelin amansız qətli: Əri onu boğdu, doğradı, blenderdən keçirdi

Bildirilir ki, 38 yaşlı model Kristina Yoksimoviçin cəsədi Binningen şəhərində tapılıb. Müstəntiqlər belə qənaətə gəliblər ki, o, ölümündən əvvəl boğulub. Modelin ölümündə yerli mediada “Tomas” ləqəbi ilə tanınan 41 yaşlı əri təqsirkar bilinib.

NOCOMMENT.az xəbər verir ki, kişi iddia edirdi ki, Kristina Yoksimoviç ona bıçaqla hücum edib, sonra isə özünü doğramağa başlayıb. Ərin sözlərinə görə, sonrakı hərəkətləri özünümüdafiə aktı olub.

Lakin məhkəmə belə qənaətə gəlib ki, sonrakı hərəkətlər özünümüdafiə hüdudlarından kənara çıxır: modelin cəsədi lobzik, bıçaq və bağ qayçısı ilə doğranılıb. Sonra bədən hissələri əl blenderi ilə püre halına salınıb. Daha sonra qalıqlar kimyəvi məhlulda həll edilib.

Cütlüyü hər zaman ideal ailə kimi gördüklərini deyən ailənin yaxınları bu xəbərə inana bilmədirlərini və sarsıldıqlarını bildiriblər. Kristina ölümündən bir ay əvvəl Lüsern gölünün sahilindəki lüks oteldə əri ilə xoşbəxt olduğunu göstərən şəkil paylaşmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
nocomment.az

3Mənbələr