AZ

Keçmiş kəşfiyyatçı: "NATO və Aİ 10 il ərzində yox ola bilər"

"NATO və Avropa İttifaqı (Aİ) yaxın 10 il ərzində yox ola bilər". Bunu keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter “Through the Eyes of” kanalına müsahibəsi zamanı deyib.

O, Türkiyə amilinə də diqqət çəkib. Ritter qeyd edib ki, Türkiyə son zamanlar xarici siyasətinə yenidən baxmağa başlayıb. Ölkə rəhbərliyi Avrasiyaya "mərc qoymaq" qərarına gəlib:  “Əslində NATO və Aİ timsalında batan gəmilərin bir hissəsi olmağa hazırlaşmadığını göstərirlər. Bu, NATO-nun sonu oldu. İnanıram ki, NATO 10 ildən az müddətdə mövcudluğunu tam dayandıracaq və Aİ də bu müddət ərzində müəyyən mənada sağ qala bilməz”.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
news365.az

1Mənbələr