AZ

Argentinada etiraz aksiyasının dağıdılması zamanı 20-yə yaxın adam yaralanıb

Buenos-Ayresdə Argentina Konqresinin binası qarşısında etiraz aksiyasının dağıdılması nəticəsində 10 yaşlı qız da daxil olmaqla 20-yə yaxın adam yaralanıb.

“Far.Az” xəbər verir ki, bu barədə C5N telekanalı məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin əksəriyyəti rezin güllələrdən aldıqları xəsarətlər və gözyaşardıcı qazın təsirindən həkimə müraciət ediblər.

Telekanalın məlumatına görə, azı üç nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
far.az

2Mənbələr