AZ

Bakıda bir qrup şəxs arasında dava oldu: Polis araşdırır - VİDEO

Paytaxtda bir qrup şəxs arasında baş verən dava görüntülənib.

Bizim.Media xəbər verir ki, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçələrinin kəsişməsində bir qrup şəxs arasında ilk öncə mübahisə olub, bu daha sonra davaya çevrilib.

Hadisənin hansı səbəbdən baş verdiyi isə məlum deyil.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı avtosfer.az-a bildirib ki, baş verən dava ilə bağlı yayılan görüntülər araşdırılır.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
bizim.media

5Mənbələr