AZ

Birinci sinif şagirdləri sərhədi səhvən keçiblər

Dövlət sərhədini qeyri-adi şəkildə pozan şəxslər Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. Finlandiyadan olan birinci sinif şagirdləri Rusiyaya keçiblər.

32gun.az-ın xarici mətbuata  istinadən verdiyi məlumata görə, Savonlinna şəhərinin kiçik məktəbinin birinci sinif şagirdləri sərhədyanı Kokkola çayında ekskursiya qrupunun tərkibində olub və sinif yoldaşlarından geri qalıb.

Nəticədə uşaqlar itiblər. Rusiya ilə sərhədə çataraq onu keçiblər və hətta bir neçə video da çəkə biliblər.

Hadisə yerinə gələn fin sərhədçiləri azyaşlıları evlərinə qaytarıblar. Finlandiya Sərhəd Mühafizəsi araşdırmaya başlayıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
32gun.az

1Mənbələr