AZ

Deputat İYİ Partiyadan getdi

Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan daha bir deputat ayrılıb.

"Cebheinfo.az" xəbər verir ki, partiyanın sədr müavini, İzmir deputatı Ümit Özlale istefa verib.

O, qərarını sosial şəbəkə hesabında açıqlayıb:

"Bu gündən etibarən partiyadakı vəzifələrimdən və partiyamdan istefa verdiyimi ictimaiyyətə elan edirəm". 

Beləliklə, Ümit Özlalenin istefasının ardından İYİ Partiyanın deputat sayı 30-a düşüb. Xatırladaq ki, ötən həftə də partiyanın Kayseridən seçilən deputatı Dursun Ateş istefa verdiyini açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr