AZ

Naxçıvanda büdcədənkənar vəsaitlərin icrası ilə bağlı kənarlaşmalar aşkarlandı

Bakı. Trend:

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasındakı qurumlartərəfindən büdcədənkənar vəsaitlərin icrası ilə bağlı təqdim olunanhesabatların 84%-nin müvafiq icra hakimiyyəti orqanının hesabatlarıilə müqayisəsi aparılmış və müqayisə nəticəsində kənarlaşmalar müəyyən edilib.

Bu barədə Trend-ə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət SuEhtiyatları Agentliyi tərəfindən büdcədənkənar gəlirlər ilə bağlıtəqdim edilmiş hesabatlar ilə müvafiq icra hakimiyyəti orqanıtərəfindən təqdim edilmiş hesabatlar arasında 17,5 min manat fərqolduğu müəyyən edilib.

Eyni zamanda, təhlillər bəzi qurumlar (Naxçıvan MuxtarRespublikasının Dövlət Arxiv İdarəsi 23,2 min manat, NaxçıvanMuxtar Respublikası Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi 5,3min manat, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi14,2 min manat, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi33,0 min manat, Naxçıvan Muxtar Respublika Prokurorluğu 737,42manat, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi 7,1 min manat, Naxçıvan Muxtar RespublikasıQida Təhlükəsizliyi Agentliyi 23,0 min manat, Naxçıvan MuxtarRespublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlətxidməti 200,0 min manat) tərəfindən büdcədənkənar gəlirlərinmüvafiq qaydada smetasının təsdiq edilməməsi səbəbindən ilkinbüdcədə nəzərə alınmadığını deməyə əsas verir.

Qeyd edək ki, bu hal büdcənin gəlir parametrinin tamlığına datəsir edir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
14
az.trend.az

10Mənbələr