AZ

Enerji sahəsində əməkdaşlıq ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir- ÖZƏL

"İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, bu mənada enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "İtaliya şirkətləri ölkəmizin neft-qaz sektorunda dəyəri 10 milyard dollar olan 277 layihədə podratçı kimi iştirak edirlər. Şübhə yoxdur ki, sözügedən sahədə Azərbaycan-İtaliya münasibətləri bu gün bir çox ölkələrə mühüm töhfələr verir. Həmçinin İtaliyanın Cənubi Qafqazda sülhün bərqərar olunmasına dəstəyinin də açıq şəkildə şahidi oluruq. Bu prosesdə atılan hər bir addım bizim üçün çox dəyərlidir. Əgər hər hansı bir tərəf bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addımlar atırsa, Azərbaycan bunu alqışlayır".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
olaylar.az

1Mənbələr