AZ

MSK 20 müraciəti araşdırır

Mərkəzi Seçki Komissiyasının araşdırmasında 20 müraciət var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, indiyə qədər olan müraciətlər dairələrin səlahiyyətində olan müraciətlər idi.

M.Pənahov vurğulayıb ki, daxil olan müraciətlərin hamısına baxılacaq.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
15
milli.az

10Mənbələr