AZ

İngiltərə millisinin baş məşqçi postu üçün əsas namizədlər açıqlanıb

İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi millinin baş məşqçi postuna namizədlərin siyahısını hazırlayıb.

hakimiyyet.az xəbər verir ki, siyahıda dörd məşqçinin adı yer alıb.

Əsas namizəd "Mançester Siti" klubunun çalışdırıcısı Xosep Qvardioladır. Digərləri Eddi Hou, Frenk Lempard və Qrem Potterdir.

Qeyd edək ki, İngiltərə millisi Qaret Sautqeytin postunu tərk etməsindən sonra müvəqqəti olaraq Li Karsliyə tapşırılıb. Komanda onun rəhbərliyi altında Millətlər Liqasında keçirdiyi iki matçda qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
hakimiyyet.az

4Mənbələr