AZ

FHN-in kişilərdən ibarət basketbol komandası gümüş medal qazanıb

Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında 3×3 basketbol növü üzrə Respublika turniri keçirilib.

Bu barədə Vətəninfo.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verib.

Yarışda 8 dövlət qurumundan (8 kişi və 3 qadın) komandalar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Turnirdə iştirak edən FHN-in kişilərdən ibarət basketbol komandası yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın gümüş medalını qazanıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıblar.

Qeyd edilib ki, 2024-cü ilin aprel ayında dövlət qurumları arasında keçirilən basketbol üzrə çempionatda FHN-in kişilərdən ibarət komandası 1-ci yerə layiq görülüb.

image-1 image-2

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
veteninfo.az

5Mənbələr