AZ

Məktəb direktorları qəbul saatlarının vaxtını açıqlayıb

Elm və təhsil naziri Emil Əmrullayevin xəbərdarlığından sonra Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda məktəblərin sosial şəbəkə hesablarında direktorların qəbulu üçün xüsusi gün və saatların ayrılması barədə məlumatlar yer alıb. 
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində vətəndaş qəbulu hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. 
 
"Bakıda hər bir məktəbdə  əvvəldən mövcud olub. Məktəb direktorları iş günlərində qrafikə uyğun olaraq qəbul keçirirlər. Həmçinin qrafikdənkənar da qəbullar həyata keçirilir. Bu məsələ ilə bağlı BŞTİ tərəfindən bir daha təhsil müəssisələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib. Vətəndaş məmnuniyyətinin təmin olunmasına daha həssas münasibətin göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması tapşırılıb”,  -  Bakı şəhər Təhsil idarəsindən bildirilib. 
 
 Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bəzi məktəb direktorlarının qəbuluna düşməyin nazirin qəbuluna düşməkdən çətin olduğunu deyərək bildirib ki,  məktəb direktorları valideynlərlə görüşməli, onlara lazım olan mesajları çatdırmalıdırlar. 
 
N.Təbrizli
 




www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
7
anews.az

8Mənbələr