AZ

Mikel Artetanın “Arsenal”dakı gələcəyi necə olacaq?

İspaniyalı mütəxəssis Mikel Arteta 2027-ci ilə qədər “Arsenal”da qalmaq qərarına gəlib.

Medianews.az Oxu.Az-a isitnad edərək xəbər verir ki, London klubu ilə baş məşqçi arasında üç illik müqavilə imzalanacaq. Hazırkı müqavilə daha bir il müddətində qüvvədədir.

Arteta “Arsenal”ın baş məşqçisi kimi 3 turnirin qalibi olub: bir dəfə İngiltərə kuboku və iki dəfə İngiltərə superkubokunda.

“Arsenal” bu mövsüm 3 turdan sonra 7 xal toplayaraq, Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
medianews.az

10Mənbələr