AZ

Dünyanın ən böyük gavalısını yetişdirdilər

Cənubi Afrikadan olan Din Barnard adlı fermer dünyanın ən böyük gavalısını yetişdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Bu barədə UPI məlumat yayıb. Fermer jurnalistlərə zarafatla deyib ki, bu meyvə ilə futbol oynamaq olar.

"Barnard qey edib ki, o, qardaşı Deonla birlikdə fermanı idarə edir. Kişilər heyvan saxlayır, meyvə yetişdirirlər. Cənubi afrikalı fermer bu mövsümün məhsulunu yığarkən ağacdan asılmış nəhəng gavalı görüb. Onu tərəziyə qoyanda çəkisi 500 qram göstərib. Qardaşlar maraq üçün Ginnesin Rekordlar Kitabına müraciət ediblər. Xüsusi komissiya gavalını ölçüb və onun dünyada ən böyük gavalı olduğunu bildirib",- nəşr yazıb.

Din isə bunları deyib: “Biz onu rekord üçün böyütməmişik, belə planımız da olmayıb. Adi bir ağacda böyüdü. Mən heç bir xüsusi gübrədən də istifadə etmədim".

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
news365.az

3Mənbələr