AZ

Millimizin oyunlarının təqvimi

Futzal üzrə 2026-cı il Avropa çempionatının əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib.

Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin oyunlarının vaxtı da açıqlanıb. Yığma mübarizəyə dekabrda doğma meydanda başlayacaq. Vitali Borisovun başçılıq etdiyi komanda son görüşünü də paytaxtda keçirəcək.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 yığma həlledici raundda oynamaq hüququ qazanacaq.

Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

17 dekabr

Azərbaycan - İsveç

31 yanvar

Xorvatiya - Azərbaycan

4 fevral

Azərbaycan - Yunanıstan

11 mart

Yunanıstan – Azərbaycan

11 aprel

İsveç – AZƏRBAYCAN

15 aprel

Azərbaycan - Xorvatiya


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
9
sportnet.az

10Mənbələr