AZ

Fərhad Məmmədov: "Nikolun təklifi Qərbə mesajdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nikol Paşinyan dünən "İrəvan Dialoqu" Forumunda çıxışında Azərbaycana sülh sazişi layihəsində razılaşdırılmış maddələri imzalamağı təklif etdiklərini deyib.
Oxu.Az-a Ermənistanın bu addımının səbəbləri haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov Azərbaycanın xarici siyasətini qısamüddətli proseslərə görə həyata keçirmədiyini bildirib:
"Qərb cidd-cəhdlə COP29 başlayanadək və ya tədbirdə Azərbaycanla Ermənistan arasında nəyinsə, ən yaxşı halda isə sülh sazişi adı altında hansısa bir sənədin hazırlanmasını istəyir. Paşinyan da öz növbəsində Qərbin və xüsusilə ABŞ-nin bu gözləntiləri ilə oynayır. Azərbaycan bunun qeyri-mümkün olduğunu daha əvvəl anlamışdı. Ona görə də rəsmi Bakı İrəvana münasibətləri çərçivəyə salan ümumi prinsiplər haqqında sənədin imzalanmasını təklif etmişdi. Ancaq bunu qəbul etmədilər. İndi isə Paşinyan sülh sazişi layihəsində razılaşdırılmış maddələri imzalamaqdan danışır. Əslində bu, rəsmi İrəvanın sülh sazişi adı altında hər hansı bir sənədi imzalamağa hazır olduğu barədə Qərbə verdiyi mesajdır. Azərbaycan isə öz siyasətini hansısa müddətə və hadisələrə görə qurmur, konyektura siyasəti həyata keçirmir. Ona görə də Xarici İşlər Nazirliyinin cavabında da kifayət qədər ciddi etiraz var idi. Çünki əgər sülh müqaviləsi imzalanacaqsa, o, sülh gətirməlidir. Sabah müxtəlif hadisələrin baş verməsi mümkündür. Ona görə də sülh müqaviləsi layihəsindəki bütün maddələr, bəndlər, müddəalar mütləq şəkildə razılaşdırılmalıdır. Heç bir halda ikibaşlılığa yol vermək olmaz".
Söhrab İsmayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
oxu.az

7Mənbələr