AZ

Cəzaçəkmə müəssisələrində İİV/QİÇS -ə qarşı mübarizə və İİV/QİÇS-li məhkumlara psixo-sosial dəstək” göstərildi

Cəzaçəkmə

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində İİV/QİÇS -ə qarşı mübarizə və İİV/QİÇS-li məhkumlara psixo-sosial dəstək” layihəsini həyata keçirildi. 

Layihə cəzaçəkmə müəssislərində məhkumlar arasında İİV/QİÇS haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək riskli  şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir. 

İnsanın immuniteti ilə əlaqəli olan "insan immunçatışmamazlığı virusunun yayılması üçün münbit şərait yaranmışdır. Belə İİV/QİÇS ilbəil artmaqdadır. İnfeksiyon xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur. İİV/QİÇS qanla, cinsi yolla və anadan uşağa yolları ilə yoluxur. Virusun yeganə mənbəyi məhz insandır. Məlumatlılıq səviyyəsinin yüksək olması virusun da bir də yoluxma yollarının qarşısını alır. Ani bir diqqətsizlik virusun ötürülməsinə səbəb ola bilər. Ölkəmizdə daha çox inyeksion narkotik arasında yayılan virus sonu ölümlə nəticələnən xəstəliklərə səbəb olur.

 Cəzaçəkmə müəssisələrində olan məhkumların infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti institutları və dövlət qurumlarının əməkdaşlığı məqsədəmüvafiqdir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura və Qlobal Fond ilə  əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır. Məhz  layihə vasitəsilə cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksiyon xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilmişdir. Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutmuşdur.

 

Diqqət Çəkənlər

Avtomobil sürərkən nələrə diqqət etmək lazımdır?

Aynaların sirri nədir?

Balıq tutmağın incəlikləri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
ulusum.az

10Mənbələr