AZ

Macarıstan 1000 Qarabağ ermənisini qəbul edəcək

Ermənistan və Macarıstan arasında həyata keçirilən, daimi xarakter daşıyacaq təşəbbüslərdən biri Qarabağdan gedən 1000-ə yaxın uşağın Macarıstandakı yay düşərgəsinə göndərilməsidir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında İrəvanda baş tutan görüşdə bildirilib.

Ermənistanın Əmək və Sosial İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu təşəbbüs çərçivəsində Qarabağdan getdiyi iddia olunan 120-yə yaxın uşaq yay düşərgəsində iştirak etmək üçün artıq Macarıstana gedib.

Görüş zamanı tərəflər məşğulluğun təmin edilməsi məsələsini, sosial ədalətin təmin olunmasının vacibliyini, Qarabağ ermənilərinə dəstək tədbirlərini müzakirə ediblər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
musavat.com

10Mənbələr