AZ

Xəstəxanada növbə üstündə həmyerlisini döyən şəxsə cəza verildi

Goranboy Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İdris Nəsibzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 2000 manat cərimə cəzası təyin olunub.

 

İttihama görə, hadisə 24 may 2024-cü il tarixdə, saat 11 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin dəhlizində qeydə alınıb. Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü İdris Nəsibzadə həmyerlisi, zərərçəkmiş  Bayram Nuruzadə (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə həkim qəbuluna növbə üstündə olub. Bu zaman o, zərərçəkmiş şəxsin ünvanına söyüş söyərək, hər iki əli ilə onun yaxasından tutub itələyərək yerə yıxıb. Sonra İdris Bayramı döyərək ona xəsarət yetirib. Hadisədən sonra İdris Nəsibzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 11 Sentyabr 2024, 09:08   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
8
pravda.az

10Mənbələr