AZ

Coninin bahalı rayderi - Biri olmasa, səhnəyə çıxmır

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) rayderi (çıxış üçün tələbləri) açıqlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ifaçının çıxışı üçün irəli sürdüyü tələblər dodaq uçuqladır.

Coni konsertləri üçün 6 milyon rubl (təxminən 112 min manat) istəyir.

Onun şərtlərindən ən azı birinə əməl edilmədiyi təqdirdə aldığı məbləğ geri qaytarılmadan konsert ləğv olunur və ya qarşı tərəf 10 min manta cərimə ilə üzləşir..

Coni uçuş üçün "S7" aviaşirkətlərinə məxsus xüsusi təyyarə tələb edir. O və onun 14 nəfərdən ibarət komandası Avropa standartlarına uyğun dörd və ya beş ulduzlu hoteldə yerləşdirilməlidir.

Oun qaldığı otel otağında mütləq şəkildə "Dyson" feni, məşhur brendə məxsus göz üçün krem, 5 inqridientdən ibarət isti nahar, ilk tibbi yardım dəsti, "PlayStation 5" konsolu, 1-2 saat ona xidmət edəcək şəxsi masajçı olmalıdır. 

Coni şəhər ətrafı ərazilərə isə 15 oturacaqlı "Mercedes Sprinter" və 2019-cu ildən köhnə olmayan "Mercedes V-Class Maybac" tələb edir.

Müğənninin otağında 10 şüşə içki, çobanyastığı çayı, "An Cnoc" viskisi, xurma, tərəvəz qabı, limitsiz qəlyan və şəxsi qəlyançısı olmalıdır.

Müsahibə və fotosessiya isə qadağandır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
38
milli.az

10Mənbələr