AZ

Şəkidə faciə: Yaşlı kişi qoz ağacından yıxılaraq öldü

Şəki rayonunda 68 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

Milli.Az oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Qudula kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Nəşad Nizaməddin oğlu Cumayev qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
12
milli.az

10Mənbələr