AZ

ABŞ və Böyük Britaniyauzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verəcək?..

ABŞ və Böyük Britaniya İranın regionda və onun hüdudlarından kənarda cinayətkar fəaliyyəti ilə birgə mübarizə aparmaq əzmindədir...
 
ABŞ Dövlət katibi və Britaniya XİN rəhbəri Kiyevə birgə səfər edəcək
 
ABŞ prezidenti Co Bayden cümə günü, sentyabrın 13-də, Böyük Britaniya baş naziri Kir Starmer ilə uzaqvuran silahla Rusiyaya zərbə endirmək üçün Ukraynaya icazə verilməsi məsələsini müzakirə etmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Böyük Britaniya XİN rəhbəri Devid Lemmi ilə birgə mətbuat konfransında məlumat verib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
O, həmçinin Lemmi ilə birgə bu həftə Kiyevə birgə səfər edəcəklərini anons edib. Blinkenin sözlərinə görə, ABŞ və Böyük Britaniya İranın Yaxın Şərqdə və Ukraynada təsiri ilə mübarizənin zəruri olmasında yekdildir. Tərəflər həmçinin qeyd edib ki, bu, Ukraynaya Rusiya ilə mübarizəsində, habelə İrana qarşı mübarizədə "kritik məqamdır".
 
"Biz İranın regionda və onun hüdudlarından kənarda cinayətkar fəaliyyəti ilə mübarizə aparmağın zəruri olduğu ilə tam razıyıq", - Lemmi deyib.
 
Öz növbəsində ABŞ Dövlət katibi vurğulayıb ki, Vaşinqton Rusiyanın tammiqyaslı hərbi müdaxiləsinin ilk günündən Ukraynanın təcavüzdən səmərəli şəkildə müdafiə olunması üçün zəruri olan hər şeyə malik olması üzərində işləyib.
 
Blinken həmçinin əlavə edib ki, Vaşinqton Kremlə ballistik raketləri verməklə Tehranı Rusiyanın Ukraynaya qarşı müharibəsinə daha dərindən cəlb edən İrana qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
 
"Biz Tehrana açıq şəkildə, özəl qaydada belə addımın təhlükəli eskalasiya olacağı barədə xəbərdarlıq etmişik", - Blinken deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
moderator.az

10Mənbələr