AZ

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum oldu

Sumqayıtda yanğın nəticəsində ölən qadının kimliyi məlum olub.

Bakupost.az “Report”a istinadla məlumat verir ki, həyatını itirən qadın 1951-ci il təvəllüdlü Əmişova Lyubov Fyodorovnadır.

Qeyd edək ki, şəhərin həmin hissəsində təqribən 300 kv.metrlik kolluq ərazi və ümumi sahəsi 20 kv.metr olan yardımçı tikili yanıb. Nəticədə tikilinin içərisində bir nəfər şəxsiyyəti naməlum, tüfeyli həyat sürən 40-45 yaşlı qadın yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
bakupost.az

10Mənbələr