AZ

Ermənistanda güclü partlayış - Ölən və yaralananlar var 

Ermənistanın Razdan şəhərindəki istilik elektrik stansiyasının ərazisində partlayış verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.

 

Partlayış stansiya daxilindəki mis emalı zavodunun poladtökmə sexində qeydə alınıb.

 

Əraziyə dərhal yanğınsöndürənlər, xilasetmə qüvvələri və polis cəlb olunub. Nəticədə yaralılar ərazidən təxliyə olunaraq xəstəxanaya çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
19
modern.az

10Mənbələr