AZ

UEFA Millətlər Liqası: Qrup mərhələsində ikinci turun oyunlarına doqquz görüşlə yekun vurulacaq

app.update_app_description



Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsində ikinci tura keçiriləcək doqquz görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə Macarıstan Bosniya və Herseqovinanı, Niderland Almaniyanı, Albaniya Gürcüstanı, Çexiya Ukraynanı, İngiltərə Finlandiyanı, İrlandiya Yunanıstanı, Latviya Farer Adalarını, Şimali Makedoniya isə Ermənistanı qəbul edəcək.
Qeyd edək ki, Latviya Farer Adaları görüşü Bakı vaxtı ilə saat 20:00-da, digər görüşlər isə saat 22:45-də start götürəcək.
Saat 20:00, Latviya - Farer Adaları;
Saat 22:45, Macarıstan - Bosniya və Herseqovina;
Saat 22:45, Niderland - Almaniya;
Saat 22:45, Albaniya - Gürcüstan;
Saat 22:45, Çexiya - Ukrayna;
Saat 22:45, İngiltərə - Finlandiya;
Saat 22:45, İrlandiya - Yunanıstan;
Saat 22:45, Şimali Makedoniya - Ermənistan.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
9
oxu.az

8Mənbələr