AZ

Yevlax sakini Rusiya-Ukrayna döyüşlərində həlak oldu

Rusiya vətəndaşı olan  56 yaşlı Yevlax sakini Rusiya-Ukrayna döyüşlərində həlak olub.

"Unikal"ın məlumatına görə, 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı - Yevlax rayon Hacıselli kənd sakini Mustafayev Mustafa Məhəmməd oğlu Rusiyanın Kursk vilayəti ilə Ukrayna sərhəddində gedən döyüşlərdə həlak olub.

Qeyd edək ki, Mustafa Mustafayev son bir ildə Rusiya tərəfində döyüşüb və dünən həlak olub. Onun nəşi sabah Yevlaxın Hacıselli kəndində torpağa tapşırılacaq.

Ehtiram Muradov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
3
unikal.az

10Mənbələr