AZ

Naxçıvanda "Mercedes"və "QAZel" toqquşdu:xəsarət alanlar var - FOTO

Naxçıvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Nehrəm yolunda baş verib.

"Mercedes" markalı avtomobillə "QAZel" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəlludlu Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
21
avtosfer.az

10Mənbələr