AZ

Qəzzadaölənlərin sayı 40 mini keçdi

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi intensiv hücumlarda həyatını itirənlərin sayı 40 min 988-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 'iki qırğın' həyata keçirdiyi və bu hücumlarda daha 16 fələstinlinin həyatını itirdiyi, 64 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 min 988-ə, yaralıların sayının isə 94 min 825-ə yüksəldiyi deyilib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
8
demokrat.az

10Mənbələr