AZ

“Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” adlı iki günlük SEMİNAR keçirilib - FOTOLAR » AzadMedia.az


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi”adlı layihəsi çərçivəsində 06-07 sentyabr 2024-cü il tarixlərində Qəbəl rayonunda 2 günlük seminar təşkil edib.

QHT.az xəbər verir ki, seminarlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib. İki günlük seminarda layihə üzrə ekspert - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzin direktoru Günel Ağayeva, Qəbələ rayon İcra hakimiyyətinin böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi-Məmmədov Pərvin, təcrübəli pedaqoq Məhəbbət Rüstəmova iştirak ediblər.

Seminarları Günel Ağayeva giriş sözü ilə açaraq layihənin bir hissəsinin məhz Qəbələdə keçirilməsi ilə bağlı layihə icraçılarına öz təşəkkürünü bildirdi. Daha sonra layihə rəhbəri Samirə Mustafayeva seminar iştirakçılarına layihə və onun məqsədi barəsində geniş məlumat verib. O, qeyd edərək bildirib ki, layihənin əsas məqsədi gündəlik həyatımızda uşaq zorakılığına qarşı mübarizə aparmaq üçün ictimai məlumatlandırma işinin aparılması, önləyici tədbirlərin həyata keçirilməsi və ölkəmizdə uşaq hüquqlarını müdafiə edən qanunların, konvensiyaların tətbiqi sahəsində qərar qəbul edən şəxslərə köməklik göstərməkdən ibarətdir.

Müzakirələr iştirakçılarla diskussiya şəklində davam edib. Ekspert Nailə İsmayılova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb və iştirakçılar tərəfindən verilən sualları cavablandırıb. Hər iki seminarın sonunda iştirakçılarla aparılan müzakirələr çay süfrəsi ətrafında səmimi şəraitdə davam edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
4
azadmedia.az

6Mənbələr