AZ

Azad edilən ərazilərdə daha 86 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.09.2024 - 08.09.2024) açıqlanıb.

ANAMA-dan Olaylar-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 21 piyada əleyhinə mina, 65 tank əleyhinə mina, 1583 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 907,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
13
olaylar.az

10Mənbələr