AZ

Deşam Mbappenin meydandakı mövqeyi ilə bağlı fikrini bildirdi

Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzlar”ın ulduz hücumçusu Kilian Mbappenin meydandakı mövqeyini şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:

“PSJ ilə o, mütəmadi surətdə mərkəzi mövqedə çıxış edirdi. O, bunu milli komanda üçün də edir. Madriddə o, məhz bu mövqedə çıxış edəcək. O, sağdan çox solda oynayırsa, bu, tamamilə adi haldır. O, sağ cinahda oynamaq qabiliyyətinə malikdir, amma bu, onun oyununda bəzi dəyişikliklər tələb edə bilər. Hər şey rəqibin bizə nə təklif etməsindən asılıdır. O, uzun müddətdir ki, bu mövqedə çıxış edir. Onun həmişə belə çıxış edəcəyi planlaşdırılır. Onun mərkəzdə olması gərək deyilsə, onu sağdan daha çox solda görəcəksiniz. Tamamlayıcılıq axtarışında həmişə müvafiq düzəlişlər olur”, deyə Deşam bildirib.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-nin düşərgəsinə keçib.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində heyətinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 5 oyuna çıxıb, 3 qol vurub.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 85 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
arena.az

10Mənbələr