AZ

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu davam edir (FOTO)

Bakı. Trend:

Sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan AzərbaycanlıAlimlərin Forumu davam edir.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü vəsuverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizinxatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin AdministrasiyasınınHumanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlərşöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forumiştirakçılarına müraciətini oxuyub.

Xatırladaq ki, forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim,ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinindəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı iləbaş tutan tədbir üç gün davam edəcək.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləribir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübəmübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarınınşəbəkələşməsinə töhfə verməkdir.

Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmişərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindənyararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, QarabağUniversitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
10
az.trend.az

10Mənbələr