AZ

Zamirə Hacıyeva maliyyə fırıldaqçısı ilə böyük kapitalı ölkəmizdən Londona necə daşıdı? - FAKTLAR

Bugünlərdə araşdırmaçı jurnalist Cavanşir Həsənli Beynəlxalq Bankın həbsdə olan sədri Cahangir Hacıyevin keçmiş həyat yoldaşı Zamirə Hacıyevanın maliyyə fırıldaqçısı ilə birlikdə Londona böyük kapitalın çıxarılmasına dair faktlarla maraqlı paylaşım edib. Həmin sənədli faktları gundemxeber.az-ın oxucularına təqdim edirik:

"2001-ci ildə Cahangir Hacıyev Beynəlxalq Bankın sədri təyin olunanda Zamirə Xəqani Bəşirovla əlbir olub onun başını yeməyə başladı. Dünyanın "McMafia" adlandırdığı Hacıyevanın iki daşın arasında özünə belə "bacarıqlı" maliyyə fırıldaqçısını necə tapdığı və hansı şərtlərdə partnyor seçməsi özlüyündə maraqlıdır.

Zamirə Hacıyeva 2001-ci ildə - Cahangirin onu həbsə aparan təyinatı verildiyi il Parisdə ortaqlıq əsasında ECC MANAGEMENT SYSTEMS şirkətini qeydiyyatdan keçiriblər. Beynəlxalq Bankdan böyük məbləğdə pullar Londona bu şirkət vasitəsilə axıdılıb.

Britaniya məhkəməsi "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində keçmiş bankirin arvadı ilə bağlı araşdırmalara başlayana qədər Fransadakı şirkət fəaliyyətdə olub. 2019-cu ildə onun fəaliyyətinə xitam verilib. Sənədlərə görə Zamirə Hacıyeva Parisdəki şirkətinin səhmlərini Londonda qeydiyyatdan keçirdikləri EUROPEAN TECHNOLOGIE LIMITED (hazırda KSANTEX TECHNOLOGIES LTD adlanır) şirkətinə etibar edib."

GundemXeber.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr