AZ

Türkiyədə ilk gözdən əlil hakim vəzifəsinin icrasına başlayıb

Yazını böyüt
Yazını kiçilt

Ailə və Sosial Xidmətlər Nazirliyi Türkiyənin ilk gözdən əlil hakiminin vəzifəsinin icrasına başladığını açıqlayıb. 10 yaşında görmə qabiliyyətini itirən Sabit Kılıç uzun müddət dövlət sektorunda çalışdıqdan sonra inzibati işlər üzrə hakim köməkçisi vəzifəsinə təyin edilib.

Hafta.az-ın yazdığına görə, 10 yaşında qlaukoma xəstəliyindən görmə qabiliyyətini itirən Sabit Kılıç ibtidai və orta təhsilini sinfinin ən yüksək pilləsində bitirərək Qazi Universitetinin Hüquq fakültəsinə daxil olub.

Məzun olduqdan sonra 2016-cı ildə Ailə və Sosial Xidmətlər Nazirliyinə ekspert köməkçisi vəzifəsinə təyin olunan Kılıç, Türkiyədə KPSS A Qrupu heyətinə təyin olunan ilk gözdən əlil hüquqşünas olub.

Əlilliyi olan şəxslərin ədalət mühakiməsinə çıxışı ilə bağlı çalışan Kılıç 2020-ci ildə “Hüquqlar Konvensiyası Kontekstində Türkiyədə Əlillər üçün Ədliyyəyə Erişim” adlı ixtisas dissertasiyası ilə ailə və sosial xidmətlər üzrə mütəxəssis təyin olunmaq hüququ qazanıb.

Mütəxəssis kimi fəaliyyət göstərdiyi müddətdə nazirliyin əlillər və ahıllar üçün işinin qanunvericilik məzmununun və Əlillərə və Ahıllara Xidmət Baş İdarəsinin internet saytının hazırlanmasına, müəssisədaxili və xaricdə təlimlərin keçirilməsinə dair bir çox işlərdə çalışıb. Bir çox ildə əlil və yaşlı baxım təşkilatlarının keyfiyyətli yoxlamaları ilə baxım xidmətlərini qiymətləndirən Kılıç, 2023-cü ildə keçirilən inzibati mühakimə köməkçisi imtahanında 85,21 balla Türkiyənin ilk görmə maneəli hakimi ünvanına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
hafta.az

2Mənbələr