AZ

Ağdaşa toya gedən Qobustan sakini qətlə yetirildi – YENİLƏNİB

Sentyabrın 7-də saat 23 radələrində Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə,  araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

8 sentyabr, saat 23.38

Ağdaşa toya dəvət alan Qobustan sakini bıçaqlanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.

İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.

Toya dəvət alan İlkin İsgəndərli ilə digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib.

Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
heftelik.az

10Mənbələr