AZ

“KURSKU ONA GÖRƏ SEÇDİK Kİ...” - General Sırski əməliyyatın əsas məqsədlərini açıqladı

“Strategiya düzgün seçilib və bu, bizə lazım olan nəticəni verəcək”

“6 gündür Rusiya Pokrovska doğru bir addım da irəliləməyib”

Məlum olduğu kimi, bir çox ekspertlərin gözlədiyinin əksinə olaraq, Ukraynanın Kursk vilayətində başlatdığı gözlənilməz hücum əməliyyatı bir aydan artıqdır davam edir və Rusiya faktiki olaraq, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə öz ərazilərinin işğalı faktı ilə üz-üzə qalmaqdadır. Onun Ukrayna bölmələrini hələ də bu ərazidən çıxara bilməməsi isə “dünyanın ikinci ordusu”nun imkanlarının həddindən artıq şişirdildiyini bir daha ortaya qoyur…

“AzPolitika” xəbər vberir ki, Ukrayna Sialhlı Qüvvələri Baş komandanı, general Aleksandr Sırski Kursk əməliyyatının əhəmiyyəti və nəticələri ilə bağlı “CNN”kanalına açıqlamasında bu hücumun əsas məqsədlərinə nail olunduğunu deyib. Onun sözlərinə görə, Ukrayna Kursk vilayətini ona görə seçib ki, bura Rusiya işğalçı ordusunun müdafiəsində ən zəif nöqtə olub.

Bununla bərabər, Sırskinin dediyinə görə, Rusiya bu ərazidən xüsusən də Ukraynanın Sumı vilayətinə hücum üçün tramplin kimi istifadə etməyi planlaşdırmışdı. Belə ki, ruslar bu il mayın 10-da Xarkov istiqamətində hücumdan bir neçə gün sonra həmin istiqamətdə də sərhədi yarmaq niyyətində olublar: “Bizim üçün bu istiqamət həmişə təhlükə yaradıb, ona görə də öz imkanlarımızı qiymətləndirərək, düşmənin müdafiəsində, onun strukturunda ən zəif nöqtəni seçmişik”.

Sırskinin sözlərinə görə, Kursk əməliyyatı işğalçı ordunun Sumıya hücumu təhlükəsini azaldıb, Rusiyanın burada hərəkətə keçməsinin qarşısını alıb və nəticədə müharibəni düşmən ərazisinə köçürüb: “İndi bizim hər gün hiss etdiyimizi hiss etsinlər”.

Bundan əlavə, Sırskinin dediyi kimi, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində öz təhlükəsizlik zonasını yaradıb. Onun sözlərinə görə, ruslar Xarkov vilayətində itkilər verməyə başlayanda Kursk vilayətində olan öz bölmələrini Xarkova köçürməyə məcbur olublar. Buna görə, Kursk zəif nöqtəyə çevrilib. Lakin əməliyyatın uğursuzluğuna baxmayaraq, işğalçılar öz planlarından əl çəkmək istəməyiblər və Xarkovda “gələcək hərəkətləri üçün trampling yaratmaq üzərində düşünüblər”.

Sırski əlavə edib ki, may ayında Sumıya hücumun Rusiya tərəfindən müvəqqəti olaraq təxirə salındığı aydınlaşanada, Ukaryna hərbi-siyasi rəhbərliyi hərəkətə keçmək və Kursk əməliyyatını hazırlamaq qərarına gəlib. Eyni zamanda, Kursk vilayətindəki əməliyyat sayəsində nəinki Sumı vilayətinin təhlükəsizliyini təmin etmək, həm də əsir mübadiləsi fondunu rus əsgərləri ilə doldurmaq mümkün olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
azpolitika.info

10Mənbələr