AZ

Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb.

Hindistan mediası xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda axşam saatlarında baş verib. Əkin sahəsində işləyənlər şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşıblar. İldırımın ağaca düşməsi 7 nəfərin ölümünə, 3 nəfərin ağır yaralanması ilə nəticələnib.

Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
18
veteninfo.az

10Mənbələr