AZ

Sertifikasiya: Xaric dil müəllimləri müsahibəyə bu dildə cəlb olunacaq - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gündən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə dair meyarlar içərisində proqram üzrə mövzunu təqdimetmə bacarığı, təhsilalanları qiymətləndirmə bacarığı, özünü təqdimetmə bacarığı, pedaqoji prosesi təşkiletmə bacarığı və ünsiyyət bacarığı yer alır.

 

Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə və mətbuatda xarici dil müəllimlərinin tədris etdikləri fənn dilinə uyğun müsahibələrə cəlb olunub-olunmayacağı müzakirə olunan məsələlərdən biridir.

 

Elm və Təhsil Nazirliyindən "azedu.az"a bildirilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində xarici dil fənn müəllimlərinin tədris etdikləri dil üzrə müsahibəyə cəlb olunması nəzərdə tutulmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
2
modern.az

5Mənbələr