AZ

"BHOSWARE" komandası "TEKNOFEST-2024" Qalibi olUB - BANM

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” komandası “TEKNOFEST-2024”ün qalibi olub.

Fins.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən Festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb.

Komandanın elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur.

Komandamız 180,000 TL dəyərində pul mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi oktyabr ayında Adanada baş tutacaq.

Təmsilçilərimiz qeydiyyatdan keçmiş 1000-ə yaxın komanda arasından seçilərək finala yüksələn 10 komanda içərisində qələbəni təmin etməyi bacarıblar.

Zemfira Ms
Fins.az

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
12
fins.az

10Mənbələr